Xəbər axtarın

Son axtarış nəticələri:

10 ayda ADY qatarlarına 26 dəfə daş atılıb

23.11.2026 18:33

10 ayda ADY qatarlarına 26 dəfə daş atılıb

Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 %-ə yaxın azalma olsa da, hədəf tamamilə təhlükəsiz nəqliyyat sistemidir.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

“Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir”, – məlumatda qeyd olunub.

Paylaş: