Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda daha 28 işıqforda velosiped bölməsi quraşdırıldı - FOTO - VİDEO

23.11.2026 11:41

Bakıda daha 28 işıqforda velosiped bölməsi quraşdırıldı - FOTO - VİDEO

Bakıda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində paytaxtın daha 9 kəsişməsində mövcud işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  (NİİM) bildirilib.

Bakıda daha 28 işıqforda velosiped bölməsi quraşdırıldı - FOTO - VİDEO

Məlumata görə, Nəsimi və Səbail rayonları ərazisində işıqforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

Nəsimi rayonu,

Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi;

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Süleyman Rəhimov kəsişməsi;

Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi.

Səbail rayonu,

Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi;

Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi.

Qeyd edilib ki, mikromobilliyin inkişafı məqsədilə bu günə qədər paytaxt yollarında mövcud olan işıqforlara ümumilikdə 160 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş: