Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda tanınmış aparıcı ad gününü keçirdi, sonra da qəzada öldü - Cinayət işi açılıb - FOTO - VİDEO

23.11.2026 11:23

Bakıda tanınmış aparıcı ad gününü keçirdi, sonra da qəzada öldü - Cinayət işi açılıb - FOTO - VİDEO

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.

Primeinfo.az xəbər verir ki, aparıcı 31 yaşını yaxınları ilə birlikdə restoranda qeyd edib və evə qayıdarkən yol qəzasına düşüb.

Qəza nəticəsində aparıcı və sürücü həlak olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə ekspertizalar təyin edilib.

Bakıda tanınmış aparıcı ad gününü keçirdi, sonra da qəzada öldü - Cinayət işi açılıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Voyah” markalı minik və yük avtomobillərinin iştirakı ilə qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin aparıcısı olub.

 

Paylaş: