Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-İtaliya

Azərbaycan və İtaliya hərbi ekspertləri birgə təlimdə - FOTO

Azərbaycan və İtaliya hərbi ekspertləri birgə təlimdə - FOTO

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlərinin, eləcə də Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər barədə ətraflı məlumat verilib.

İtaliya XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

İtaliya XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.

İtaliya hərbçiləri Azərbaycana gəlib - FOTO

İtaliya hərbçiləri Azərbaycana gəlib - FOTO

Bakıda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, “Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə iştirak etmək üçün İtaliya Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.

Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub

26 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.   Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər.

İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib

İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri cənab Prezident. Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.