Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: film

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub - FOTO

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub - FOTO

Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

CineMastercard-da "İmrozda bahar" filminin qala gecəsi - FOTO - VİDEO

CineMastercard-da "İmrozda bahar" filminin qala gecəsi - FOTO - VİDEO

CineMastercard kinoteatrlar şəbəkəsində baş rolun ifaçısı Məryəm Üzərlinin iştirakı ilə “İmrozda bahar” filminin qala gecəsi keçirilib. Primeinfo.az xəbər verir ki, ilk dəfə Bakıya səfər edən aktrisa burada böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşü səbirsizliklə gözləyiblər.

Beren Saat və Ekin Koç 11 ildən sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç 11 ildən sonra yenidən eyni layihədə

Türkiyənin məşhur aktyorları Beren Saat və Ekin Koç 11 il əvvəl birlikdə rol aldıqları “Möhtəşəm Yüzil: Kösem” serialından sonra ilk dəfə bir araya gəlirlər. Primeinfo.az xəbər verir ki, 2015-ci ildə Kösem Sultan və Sultan Əhməd obrazlarını yaradan aktyorlar “Tüm yorgun atlar” adlı filmdə yenidən tərəf müqabili olacaqlar. Artıq maraq doğuran filmin rejissoru Berlin Film Festivalında Türkiyəni təmsil edən Burak Çevikdir.

5 ilə çəkilmiş "44" bədii filminin premyerası olub - FOTO

5 ilə çəkilmiş "44" bədii filminin premyerası olub - FOTO

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim olunub.

"Taşacak bu deniz"də 3 aktyor birdən - FOTO

"Taşacak bu deniz"də 3 aktyor birdən - FOTO

Türkiyənin reytinqli seriallarından biri olan “Taşacak bu deniz”ə yeni simalar daxil olacaq. Primeinfo.az xəbər verir ki, yeni mövsümdə izləyicələri qarşısına çıxmağa hazırlaşan ekran işində Ayla Baki, Buse Sinem İren və Ali Önsöz rol alacaq. Adil, Esmə və Eleni illərlə ayrı qaldıqdan sonra yenidən bir araya gələrək ailə qurmağa çalışırlar.

"Şərikli çörək" filminin ssenari müəllifi vəfat etdi

"Şərikli çörək" filminin ssenari müəllifi vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub.

“Taşacak bu deniz” nə vaxt başlayır? - FOTO

“Taşacak bu deniz” nə vaxt başlayır? - FOTO

Türkiyənin məşhur serialı “Taşacak bu deniz” yeni mövsümdə ekrana qayıtmağa hazırlaşır. Primeinfo.az “Haberturk”a istinadən bildirir ki, filmin 2-ci mövsümünün ilk bölümünün 18 sentyabrda yayımlanması gözlənilir. Əgər 32-ci seriyanın çəkilişləri vaxtında yekunlaşmasa, serial 25 sentyabr tarixinə təxirə salına bilər.

Conni Depp "Karib dənizinin quldurları-6"da çəkilə bilər

Conni Depp "Karib dənizinin quldurları-6"da çəkilə bilər

Prodüser Cerri Brukhaymer “Karib dənizinin quldurları-6” filmində rol almaq üçün aktyor Conni Depp ilə danışıqlar apardığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, o, “Deadline” nəşrinə açıqlamasında müzakirələrin davam etdiyini və ssenari üzərində işlədiklərini bildirib. Brukhaymer filmin növbəti seriyasını ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb.

Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO

Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO

Qazaxıstanda “Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişlərinin yekun mərhələsinə start verilib. Layihə altı türk ölkəsinin kinematoqrafçılarını bir araya gətirib. Primeinfo.az  Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib.

ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-adam" Bakıda - VİDEO

ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-adam" Bakıda - VİDEO

CineMastercard bu yayın ən möhtəşəm kino hadisələrindən birini – “Hörümçək-adam: yeni gün” filminin inqilabi ScreenX formatında premyerasını təqdim edir. Primeinfo.az xəbər verir ki, Piter Parkerin yeni macərası kino dünyasında əsl dönüş nöqtəsinə çevrilir. İlk dəfə olaraq tamaşaçılar filmin düz 88 dəqiqəsi boyunca ScreenX formatının təqdim etdiyi tam immersiv kino təcrübəsini yaşayacaqlar.