Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək Xarici prodüserləri Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər təklif olunub. Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
“Park cinema”nın “Flame Towers” filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan “Səkkiz”in ikinci hissəsinin qala gecəsi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə yaradıcı şəxslər iştirak edib. Daha sonra film nümayiş olunub.
2025-ci ilin dekabrında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika trilleri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı ilə başlayır. Primeinfo.az xəbər verir ki, “Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” (In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), — deyə sitatda bildirilir. Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidi dərhal ön plana çıxarır.
Türkiyənin Azərbaycanda da böyük maraqla izlənilən məşhur “Kızılcık şerbeti” serialına yeni aktyorlar daxil olacaq. Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, gənc aktrisa Çağla Naz Kargı serialda “Kübra” obrazını canlandıracaq.
Orijinal trilogiyanın əsas aktyor heyəti “Ouşenin 14 dostu” filmində görünəcəklər. Primeinfo.az OxuAz-a istinadən xəbər verir ki, bu barədə Corc Kluni “Variety” jurnalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, yeni filmdə özü ilə yanaşı Bred Pitt, Mett Deymon, Culiya Roberts və Don Çidl də rol alacaqlar.
“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilinə dublyaj olunmuş “Stiçhed. Şirin Xoxan” animasiya filminin nümayişi ilə rəngarəng Yeni il festivalı keçirilib. Primeinfo.az xəbər verir ki, filmin səsləndirilməsi üçün tanınmış aktyorlar və blogerlər Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları dəvət olunub.
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin “Bugün güzel” filminin gala-gecəsi baş tutub. Primeinfo.az xəbər verir ki, tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib. Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər.
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filminin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində təqdimatı keçirilib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, film şəhərin kino mütəxəssislərinin toplaşdığı tanınmış məkanlarından biri olan “Ross House”da Hollivudun film sənayesi nümayəndələri üçün nümayiş etdirilib. 100-dən çox qonağın iştirak etdiyi tədbirdə film nümayişindən sonra ekran əsərinin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası təşkil olunub.
“Neftlix”də Pi Diddi barədə “Şon Kombs: Cəza” adlı dördseriyalı sənədli film təqdim olunub. Bu barədə Primeinfo.az Oxu.az-a istinadən xəbər verir. Məlumata görə, ekran əsəri əsl adı Şon Kombs olan reper və prodüserin həyatı barədədir.
Dekabrın 4-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Soyut dışavurumcu bir dostluğun anatomisi veyahut yan yana” türk komediyasının eksklüziv nümayişi başlayır. Primeinfo.az xəbər verir ki, məşhur fransız filmi “Toxunulmazlar” (1+1) ekran əsərindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə – türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib. Filmdə baş rolları Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam oynayır.