Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib. Primeinfo.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bununla bağlı danışan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır.
Sosial şəbəkələrdə tələbə qızların fotolarının icazəsiz paylaşıldığı, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur. Primeinfo.az Baku TV-yə istinadən xəbər verir ki, bəzi şəxslər qızların sosial şəbəkə profillərindən götürdükləri fotolara təhqiramiz və qeyri-etik ifadələr əlavə edərək müxtəlif hesablarda yayırlar. Daha sonra isə paylaşımları silmək üçün foto sahiblərindən pul istəyirlər.
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar qüvvəyə minib. Primeinfo.az xəbər verir ki,Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan və oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan qaydalara əsasən, Türkiyədə yerli və xarici sosial şəbəkə platformaları 15 yaşını tamamlamayan şəxslərə xidmət göstərə bilməyəcək. Yaş təsdiqi “e-Devlet” sistemi vasitəsilə yaradılan xüsusi rəqəmsal təsdiq nişanı ilə həyata keçiriləcək.
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. Primeinfo.az xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir. Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir.
Türkiyə Prezident Administrasiyası yanında Kibertəhlükəsizlik İdarəsi ölkədə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini kəskin şəkildə məhdudlaşdıran normativ akt qəbul edib. Primeinfo.az xəbər verir ki, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və bu barədə rəsmi “Resmi Gazete” bülletenində müvafiq sənəd dərc olunub. Yenilənmiş qaydalara əsasən, 15 yaşından kiçik şəxslərə sosial media platformalarından istifadə etmək tamamilə qadağan olunur.
Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.
Avropa Komissiyası 13 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən, 13–15 yaş aralığında olan yeniyetmələrin isə sosial platformalara çıxışını məhdudlaşdıran qanun layihəsi təklif edib. Primeinfo.az xəbər verir ki, təklif Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən irəli sürülüb. Təşəbbüsə əsasən, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməsi, 13–15 yaşlı yeniyetmələr üçün isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Bir çox ölkələr kimi Vyetnamda da 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi ölkənin Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanıb. Qeyd edilib ki, yetkinlik yaşına çatmayanların müstəqil olaraq paylaşımlar etməsi, rəy yazması və reaksiyalar bildirməsinin qarşısı alınacaq.
Böyük Britaniya hökuməti 16-17 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər hazırlayır. Primeinfo.az xarici mediaya istinadən xəbər verir ki, təklif olunan qaydalara əsasən, bu yaş qrupuna aid istifadəçilər üçün gecə saatlarında məcburi “rəqəmsal komendant saatı” tətbiq ediləcək. Layihəyə görə, sosial şəbəkələrə giriş gecə saat 00:00-dan səhər 06:00-dək avtomatik olaraq məhdudlaşdırılacaq.
Milli Məclis Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələri son oxunuşda qəbul edib.