Bu gün, noyabrın 6-da beşgünlük iş həftəsi ilə çalışanlar üçün iş gününün müddəti bir saat qısaldılır. Primeinfo.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramdan əvvəlki son iş gününün müddəti bir saat azaldılır. Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, səkkiz saatlıq iş günü bu gün yeddi saat davam edəcək.
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən ediləcək: – siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda: – həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.