
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək üçün imkan görmür.
Primeinfo.az “News-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
“Biz təşkilatdakı fəaliyyətimizi çoxdan dondurmuşuq, lakin onun fəaliyyətinə mane olmuruq. Eyni zamanda, KTMT çərçivəsində fəaliyyətə qayıtmaq perspektivi görmürük”, – Mirzoyan qeyd edib.
Mirzoyan, həmçinin, KTMT Nizamnaməsində üzv ölkənin təşkilatın fəaliyyətindən kənarlaşdırılması mexanizminin olmadığını xatırladıb.