
Türkiyənin tanınmış aktrisası Məryəm Üzərli Bakıya gəlib.
Primeinfo.az xəbər verir ki, o, “CineMastercard” kinoteatrında “İmrozda bahar” türk filminin qala gecəsinə qatılıb.
“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan, Sultan Süleyman obrazları ilə tanınan Məryəm Üzərli və Halit Ergenç 15 ildən sonra yenidən eyni filmin çəkiliş meydançasında bir araya gəliblər.
Premyera öncəsi jurnalistlərin suallarını cavablandıran Məryəm Üzərli Bakıya aşiq olduğunu deyib:
“Azərbaycana ilk səfərimdir. O qədər isti, o qədər sevgi ilə, mükəmməl bizi qarşıladılar ki! Bunu heç vaxt unutmayacağam. İnanılmaz dərəcədə sevincliyəm. Bu gün Bakını bir az gəzdim, şəhərin arxitekturası, tarixi binalar, yeməklər, mehriban insanlar məni heyran etdi”.
“Hürrəm Sultan” Bakıda böyük coşğu ilə qarşılanıb.
Посмотреть эту публикацию в Instagram







