MKA soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Agentlikdən Primeinfo.az-a verilən məlumata görə, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb: “11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir. Bu barədə Primeinfo.az-a agentlikdən məlumat verilib. Belə ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az” platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırır. Bu barədə Primeinfo.az-a agentlikdən məlumat verilib. “Belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif edilə, onların bank kartı məlumatları və digər həssas məlumatları ələ keçirilməyə cəhd göstərilə bilər.