Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb. Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2-dən 1,9-a enib.
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu ilin sentyabr ayında Dövlət Sərhəd Xidməti tərəfindən hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 324 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir. Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 855 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 54 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Bu barədə Primeinfo.az-a DSX-dən məlumat verilib. Xidmətin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkında abidəni ziyarət ediblər.
İrandan Azərbaycana 111 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
General-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətindən (DSX) Primeinfo.az-a verilən xəbərə görə, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. [gallery ids="107231,107230,107229,107228,107227,107226"]
İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Avqust ayında Azərbaycanın dövlət sərhədini pozduğuna görə 17 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, onların 6-sı Azərbaycan, 6-sı İran, 2-si Pakistan, 2-si Əlcəzair və 1-i Türkiyə vətəndaşı оlub.
Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.