
Rusiyanın Stavropol diyarından 2026-cı il başlayandan ölkədə qanunsuz yaşayan 395 əcnəbi deportasiya olunub.
Primeinfo.az Modern.az-a istinadla xəbər verir ki, məhkəmə icraçıları deportasiya olunan şəxsləri dövlət sərhədindəki buraxılış məntəqələrinə qədər müşayiət ediblər.
Qeyd olunur ki, yerli qanunvericiliyə əsasən, vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları Rusiyada müəyyən edilmiş müddət ərzində qanuni şəkildə qala bilərlər. Rəsmi məlumatda bu müddətin 90 gün olduğu, daha sonra isə miqrantların ölkəni tərk etməli və yalnız müəyyən müddət keçdikdən sonra yenidən daxil ola biləcəkləri bildirilir.
Həmçinin o da qeyd olunub ki, qonşu ölkələrdən gələn bəzi miqrantlar bu müddət bitəndən sonra da Rusiyanı könüllü tərk etmirlər.
Məlumata əsasən, deportasiya olunanlar arasında əsasən Türkmənistan, Özbəkistan, Azərbaycan və Tacikistan vətəndaşları üstünlük təşkil edir.
Hazırda xüsusi saxlanma müəssisəsində 40-dan çox əcnəbi də deportasiya olunacağı günü gözləyir.
Beləliklə, ilin sonunadək Stavropol diyarından məcburi qaydada çıxarılan xarici vətəndaşların sayının 430 nəfəri keçə biləcəyi ehtimal olunur.