Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır"

14.10.2026 11:18

Paşinyan: "Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, N. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadrat/kilometr olmalıdır: “Həmçinin, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalı, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır”.

Paşinyan qeyd edib ki, TRİPP layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır”.

Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülhün məhz bu formada təmin edilməsi imkanı var.

Paylaş: