Xəbər axtarın

Son axtarış nəticələri:

"İlham Əliyev cəsur və qüdrətli liderdir" - MHP rəsmisi Bakıya hücumlardan yazdı - FOTO  

14.10.2026 10:52

"İlham Əliyev cəsur və qüdrətli liderdir" - MHP rəsmisi Bakıya hücumlardan yazdı - FOTO  

“Türklüyün qanayan yarası olan Qarabağı 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, işğal bölgələrində azanı oxutduran Azərbaycan Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmayıl Özdəmir özünün “X” hesabında yazıb.

O bildirib ki, son vaxtlar Azərbaycanda yaşanan hadisələrin Türkiyə və Azərbaycan arasında Şuşa Bəyənnaməsi ilə təsdiq edilən dostluq və qardaşlıq bağlarını zəiflədə bilməz:

“Suveren dövlət kimi Azərbaycan Türk dünyası üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən edilən istiqamətdə qüdrətli bir güc statusuna yüksərək, XXI əsrin ən nüfuzlu dövlətlərindən biri kimi tanınacaq.

Hilal və ulduz ayrılmazdır; Xəzərlə Aralıq dənizi arasındakı bağ sarsılmazdır”.

 

Paylaş: