Xəbər axtarın

Son axtarış nəticələri:

Şavkat Mirziyoyev Bakıya gələcək

13.10.2026 18:50

Şavkat Mirziyoyev Bakıya gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.

Primeinfo.az  xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Sammitin gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizlik, eləcə də AQEM-nın institusional inkişafı məsələləri daxildir.

Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.

Paylaş: