
“Rusiya dənizdə batan insanı xatırladır. O özü ilə birgə yanındakıları da batırmaq istəyir. Rusiya faktiki olaraq bu müharibəni qlobal şəkildə uduzdu. Belə ki, iqtisadiyyat darmadağın, sosial həyat alt-üst oldu. Eyni zamanda, bütün dünyadan təcrid olundu və bölgələrə artıq nəzarət də edə bilmir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Rusiyanın ayaqda qalmasına çalışan əsas günahkar ABŞ-dir:
“Rusiya ilə dizel yanacağı ilə bağlı sövdələşmə böyük bir biabırçılıqdır”.
Davamı “Qırmızı masa”da: