Xəbər axtarın

Son axtarış nəticələri:

Laos Prezidenti Zəfər parkını və Fəxri xiyabanı ziyarət edib - FOTO

13.10.2026 16:08

Laos Prezidenti Zəfər parkını və Fəxri xiyabanı ziyarət edib - FOTO

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib.

Primeinfo.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .

Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha sonra isə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Fəxri xiyabanı ziyarət edib. Prezident burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.

Paylaş: