
Türkiyəli məşhur aktyor, şair və yazıçı Nihad Ziyalan vəfat edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, aktyor 90 yaşında Avstraliyada dünyasını dəyişib.
Qeyd edək ki, karyerası ərzində çoxsaylı filmlərdə rol alan aktyor canlandırdığı mənfi obrazlarla yadda qalıb. N.Ziyalanın rol aldığı ən məşhur filmlər “Seyid Xan (Torpağın gəlini)”, “Ümidsizlər”, “Sezercik aslan parçası”, “Üç kağızçılar (Dələduzlar), “Hər şey oğlum üçün” və digərləridir.