
“Bu gün saat 11 radələrində Tovuz stansiyasının yaxınlığında hərəkətdə olan elektrovozun qarşısına qəflətən bir nəfər kişi çıxıb”.
Primeinfo.az-a bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Qeyd olunub ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs həyatını itirib:
“ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
Tovuzda 28 yaşlı gənci qatar vuraraq öldürüb.
Primeinfo.az xəbər verir ki,rayon ərazisində 1998-ci təvəllüdlü Sərxan Pənahovu qatar vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.