Xəbər axtarın

Son axtarış nəticələri:

Tsahkna Bayramova təşəkkür edib

27.11.2026 21:49

Tsahkna Bayramova təşəkkür edib

Bakıda məni səmimi qarşıladığı üçün Ceyhun Bayramova təşəkkür edirəm.

Primeinfo.az xəbər verir ki, bu barədə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna X hesabında paylaşım edib.

O, qeyd edib ki, Estoniyanın səfirliyinin açılışından sonra ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı çox məhsuldar müzakirə apardıq.

“Estoniya və Azərbaycan artıq biznes, rəqəmsal innovasiyalar və təhsil sahələrində güclü əlaqələrə malikdir. Estoniyanın regionda mövcudluğu genişləndikcə, qarşıdakı illərdə bu tərəfdaşlıqları daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını, enerji təhlükəsizliyini, Ermənistan-Azərbaycan sülh prosesindəki inkişafı, eləcə də Rusiyanın Ukraynaya qarşı davam edən amansız təcavüzünü və Avropa boyunca həyata keçirdiyi təxribat kampaniyasını da müzakirə etdik.

Ədalətli və davamlı sülhün qarşısındakı yeganə maneə Rusiyanın imperiya ambisiyalarıdır. Moskva öz siyasətini dəyişənə qədər təzyiqlər azaldılmamalıdır”.

Paylaş: