
“Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Primeinfo.az xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin V turunda İspaniya və dünya futbolunun ən adlı-sanlı klublarından olan “Barselona”nı qəbul edəcək.
Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.
Oyunöncəsi “Sabah”ın heyətində yeganə itki Eyden Makkartidir. Cənubi Afrika Respublikasından olan müdafiəçi cəzalı olduğu üçün bugünkü matçı buraxacaq. “Barselona” isə görüşə ciddi itkilərlə çıxacaq. Kataloniya təmsilçisinin heyətində Lamin Yamal, Rodri, Andreas Kristensen, Xavi Espart və Runi Barci zədə səbəbindən oynamayacaqlar.
Qeyd edək ki, turnir cədvəlində “Barselona” 9 xalla 8-ci, “Sabah” isə 3 xalla 30-cu pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
25 noyabr
21.45 Sabah (Azərbaycan) – Barselona (İspaniya)
Hakimlər: Nikolas Uolş, Frensis Konor (Francis Connor), Daniel Makfarleyn (Daniel McFarlane), Donald Robertson (hamısı Şotlandiya).