
Azərbaycan və Gürcüstan Xarici işlər nazirlikləri arasında intensiv təmaslar mövcuddur.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, parlamentlərarası münasibətlər də intensivliyi ilə fərqlənir: “Ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını göstərən göstəricilərdən biri normativ-hüquqi bazadır. Ölkələrimiz arasında 145 müxtəlif sənəd qüvvədədir, əlavə 18 sənəd üzərində iş davam etdirilir. Yaxın zamanda onların hazırlıq səviyyəsi yekunlaşacaq və onların da qüvvəyə minməsini görəcəyik”.