Xəbər axtarın

Son axtarış nəticələri:

Hörmüzdə daha üç tanker minaya düşüb

24.11.2026 11:50

Hörmüzdə daha üç tanker minaya düşüb

Hörmüz boğazında daha üç neft tankeri dəniz minasına düşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, tankerlərdə partlayış və güclü yanğın baş verib.

SEPAH-ın iddiasına görə, ABŞ hərbçilərinin müşayiət etdiyi gəmilər İranın müəyyənləşdirdiyi dənizçilik qaydalarını pozub.

Hadisələrin görüntülərinin daha sonra yayımlanacağı bildirilib.

SEPAH gəmiçilik şirkətlərinə və kapitanlara xəbərdarlıq edərək icazəsiz keçidlərə qarşı sərt tədbirlərin görüləcəyini açıqlayıb.

Paylaş: