Noyabrın 18-də “Park Cinema Flame Towers” kinoteatrında Azərbaycan istehsalı olan “Obitus” filminin qala gecəsi baş tutacaq. Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib. Bildirilib ki, Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə diqqət çəkən ekran əsəri Azərbaycan tamaşaçılarına təqdim olunacaq.
Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz Bakıya gəlir. O, noyabrın 23-də “Park Cinema Flame Towers” kinoteatrında “Son yemek” filminin qala gecəsində iştirak edəcək. Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.
“Park Cinema” kinoteatrlar şəbəkəsi “Park Bulvar” filialında yerləşən əfsanəvi VIP zalını tamamilə yeniləyərək tamaşaçıların ixtiyarına verib. Primeinfo.az xəbər verir ki, artıq kinosevərləri daha yüksək komfort, eksklüziv xidmət və unudulmaz atmosfer təqdim edən yeni “Visa Premium Hall” gözləyir. Premium zal xüsusi rahatlıq üçün hazırlanmış dəri kreslolar, müasir dizayn və fərqli xidmət konsepsiyası ilə seçilir.
“Park Cinema” kinoteatrının Flame Towers filialı cəmi 1 gecəlik bağlanaraq, horror elementləri ilə əsl gecə klubuna çevrilib. Bu tədbir Bakının gecə həyatının ən fərqli tədbirlərindən biri kimi yadda qalıb. İlk dəfə olaraq kinoteatr məkanı xüsusi horror konsepti əsasında immersiv gecə klubuna çevrilib.
Dünya səviyyəli DJ Lia Lisse Bakıya gələcək. O, mayın 22-də saat 23:30-da “Park Cinema Flame Towers” filialında keçiriləcək “Horror Night Party” gecəsində çıxış edəcək. Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.
Bakıda ilk dəfə 22 may, saat 23:30-da “Park Cinema” kinoteatrı “Flame Towers”də bağlanacaq və “Blade” üslubunda əsl kluba çevriləcək. Primeinfo.az-a bu barədə “Park Cinema”dan məlumat verilib. Bildirilib ki, sırf bu tədbir üçün Azərbaycana gələcək dünya şöhrətli DJ Lia Lisse həmin gecə səhnəyə çıxacaq.
“Park Cinema”nın yeni “Sevinc Mall” filialında Fransa-Böyük Britaniya istehsalı olan “Varis” filminin təqdimatı və mətbuat üçün nümayişi keçirilib. Primeinfo.az xəbər verir ki, VLG.FILM AZERBAIJAN-ın dəstəyi ilə baş tutan tədbirdə şirkətin nümayəndəsi Cəmilə Atakişiyeva çıxış edib. O, ekran əsəri və tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırıb.
Türkiyənin istehsalı olan “Muamma: Cinə-i Cin” qorxu filminin Bakıda qala gecəsi keçirilib. Primeinfo.az xəbər verir ki, paytaxtın simvolu olan “Alov Qüllələrin”də yerləşən “Park Cinema”da baş tutan tədbir filmin yaradıcı heyəti iştirak edib. Tamaşaçılarının sayının çox olması səbəbindən tədbir izdihama çevrilib.
Ötən gün “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Flame Towers” filialında nümayiş olunan “Kürəkən VS Qayınata” filminin seansı zamanı maraqlı hadisə yaşanıb. Primeinfo.az xəbər verir ki, bir gənc sevgilisinə evlilik təklifi etmək üçün zalın bütün biletlərini alaraq seansı romantik ana çevirib. Film nümayişi zamanı o, sevgilisinə sürpriz şəkildə evlilik təklifi edib və ondan “hə” cavabını alıb.
“Park cinema”nın “Flame Towers” filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan “Səkkiz”in ikinci hissəsinin qala gecəsi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə yaradıcı şəxslər iştirak edib. Daha sonra film nümayiş olunub.