Türkiyə-Ermənistan sərhədi açılmalıdır, çünki... – Siyasətçilərdən MÜHÜM açıqlama - VİDEO
“Türkiyə-Ermənistan sərhədinin açılması Güney Qafqazın İranın və Rusiyanın blokadasından çıxması deməkdir”.
“Türkiyə-Ermənistan sərhədinin açılması Güney Qafqazın İranın və Rusiyanın blokadasından çıxması deməkdir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən açılması istiqamətində iş aparıldığını bildirib. Primeinfo.az xəbər verir ki, Paşinyan bu barədə TRT World telekanalına müsahibəsində danışıb. “Prezident Ərdoğanla çox müsbət görüşümüz oldu, müsbət dialoq apardıq və münasibətlərimizin bundan sonra da inkişaf edəcəyini gözləyirik.
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin hüquqi baxımdan tanınması ilə bağlı problemin olmadığını bildirib. O, iki ölkə arasında diplomatik münasibətlərin yaxın vaxtlarda qurulacağına əminliyini ifadə edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Dünya Erməni Sammiti – 2026-da Ermənistan-Türkiyə sərhədinin de-yure statusu ilə bağlı suala cavab verərkən danışıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi ilə bağlı müəyyən qeydlərinin olduğunu bildirib. Primeinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə Azərbaycan və Türkiyə arasında münasibətlərdəki gərginliklə bağlı sualın cavabında bunun iki ölkənin öz işi adlandırıb. “Bizim Azərbaycanla öz münasibətlərimiz var, Türkiyə ilə də öz münasibətlərimiz var və bu istiqamətdə işləyəcəyik”, – Baş nazir deyib.
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin təyin edilməsinin zəruriliyindən əmin deyil. Primeinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib. O, iki ölkə arasındakı sərhədlərin tərəflərin yeni xüsusi nümayəndələrin namizədliyini razılaşdırmazdan əvvəl açıla biləcəyini qeyd edib.
Ermənistan Azərbaycanla sülhün institusionallaşdırılması və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini irəlilətmək niyyətindədir. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün Fəaliyyət Proqramında deyilir. Sənəddə bildirilib ki, sülhün təsisatlaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün qurulması və dövlətlərarası münasibətlər haqqında” Sazişin imzalanması və təsdiqlənməsi, Azərbaycanla dövlət sərhədinin demarkasiyası və demarkasiyası üzrə işləri davam etdirmək, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri və biznes icmaları arasında əlaqələri, eləcə də ikitərəfli ticarəti aktivləşdirmək işini davam etdirəcək.
Türkiyə Ermənistanla münasibətlərin normallaşması istiqamətində növbəti addım atıb.
Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.
Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə İrəvanda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib. “Enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini, həmçinin qonşu Türkiyə və Azərbaycanla enerji bağlantılarının inkişafını vacib hesab edirəm.
Ötən il Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması regionda onilliklər boyu atılan ən mühüm addım idi. Primeinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib. Aİ lideri bildirib ki, ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması tarixi hadisədir.