
Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Onun dəfn mərasiminin vaxtı və keçiriləcəyi yer barədə hələlik məlumat verilməyib.
Bəstəkarın həyat yoldaşı Tamara Mirzəyeva Oxu.Az-a Əməkdar artistin ölümü ilə bağlı açıqlama verib:
“Hazırda çox danışa bilmirəm. Hər şey qaydasında olsa, bu gecə Bakıya uçacağam. Dəfnlə bağlı hələlik heç nə deyə bilmirəm. Bakıya gələndən sonra danışarıq”.