
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində səfərdədir.
Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, Paşinyanı Antalya hava limanında Türkiyənin mədəniyyət nazirinin müavini Sərdar Çam qarşılayıb.

Ermənistan liderinin Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak edəcəyi gözlənilir.