Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

09.11.2026 21:14

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində fabrikdə baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd olunub.

Paylaş: