Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zakir Həsənov

Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri görüşdü - FOTO

Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri görüşdü - FOTO

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izlədi – FOTO - VİDEO

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izlədi – FOTO - VİDEO

  Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda - FOTO

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə sentyabrın 16-da keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.

Zakir Həsənov Çində Syanşan Forumunda - FOTO

Zakir Həsənov Çində Syanşan Forumunda - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC – China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub.