Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri, general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində Azərbaycanda səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir. Səfirlik nazirin səfərinin ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Zakir Həsənov Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Primeinfo.az MN-ə istinadən xəbər verir ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstanda işgüzar səfərdədir. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birlik-2025” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistana səfər edib.