Xəbər axtarın

Son axtarış nəticələri:

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında DƏMİR YOLU

02.10.2026 14:40

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında DƏMİR YOLU

Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi təqdim edilib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Vektor Kavkaza” məlumat yayıb.

Məlumata görə, sentyabrın 28-də Moskvada “Cənubi Qafqazın nəqliyyat-logistika şəbəkələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda Kremlyönlü tədqiqat qurumları Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili üzərindən “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu layihəsini təqdim ediblər.

Bildirilib ki, Rusiyanın Kommunikasiyalarınİnkişafı üzrə Milli Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən hazırlanan plana bir sıra erməni ekspertləri tərəfindən fəal şəkildə lobbiçilik edir.

Paylaş: