
Noyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Primeinfo.az xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.