Bakıda ata və oğluna xəsarət yetirən şəxs saxlanılıb.
Primeinfo.az xəbər verir ki,hadisə noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib. U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib. Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da yaralanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov tutularaq istintaqa təhvil verilib.
***
10:30
Bakıda kafedə kütləvi dava olub.
Primeinfo.az xəbər verir ki,hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.