Xəbər axtarın

Son axtarış nəticələri:

İncəsənət müəllimlərinin sertifikasiya imtahanının tarixi AÇIQLANDI

27.11.2026 15:12

İncəsənət müəllimlərinin sertifikasiya imtahanının tarixi AÇIQLANDI

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin müəllimlərinin sertifikasiya imtahanının test mərhələsi dekabrın 5-6-da keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan DİM-in Elektron imtahanlar korpusunda (Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50) təşkil olunacaq.

İmtahanda iştirak edəcək təhsilverənlər buraxılış vərəqələrini müvafiq keçid vasitəsilə çap edə bilərlər.

İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. Tələb olunan sənədlərdən biri olmadıqda, sənədlər arasında uyğunsuzluq aşkarlandıqda, saxta sənəd təqdim edildikdə və ya imtahanın başlanmasına 15 dəqiqədən az vaxt qaldıqda gələn şəxslər imtahana buraxılmayacaqlar.

İmtahan 2 saat davam edəcək. Təhsilverənlərə təqdim olunacaq 60 qapalı tipli test tapşırığından 50-si ixtisas sahəsini, 10-u isə peşə səriştəsi və etik davranış qaydalarını əhatə edəcək.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar ümumi bala təsir göstərməyəcək.

Maksimal balın 60 olduğu imtahanda azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Paylaş: