Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Ermənistan nümayəndələrinin görüşü başlayıb - FOTO

26.11.2026 12:51

Azərbaycan Ermənistan nümayəndələrinin görüşü başlayıb - FOTO
“Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb.

Primeinfo.az xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.

Qeyd edək ki, noyabrın 26-27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında genişlənmiş tərkibdə ikitərəfli müzakirələr keçiriləcək.

İştirakçıların diqqət mərkəzində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması üzrə təşəbbüslər, həmçinin iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafı üzrə konkret tədbirlər olacaq.

Görüş zamanı həmçinin Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın qurulması, ticarətin və nəqliyyat kommunikasiyalarının inkişafı imkanlarına baxılacaq.

Humanitar məsələlərə, təhsil sahəsində qarşılıqlı əlaqələrə, gənclərlə işə, eləcə də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərinə xüsusi diqqət yetiriləcək.

 

Paylaş: