Qazla işləyən cihazlarla bağlı YENİLİK - 34 kateqoriya üzrə 47 REQLAMENT
Azərbaycanda qeyri-qida məhsullarının təhlükəsizliyi ilə bağlı 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə məlumat verilib. Bildirilib ki, bu proses Prezidentin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.