Xəbər axtarın

Son axtarış nəticələri:

Qazla işləyən cihazlarla bağlı YENİLİK - 34 kateqoriya üzrə 47 REQLAMENT

26.11.2026 12:00

Qazla işləyən cihazlarla bağlı YENİLİK - 34 kateqoriya üzrə 47 REQLAMENT

Azərbaycanda qeyri-qida məhsullarının təhlükəsizliyi ilə bağlı 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə məlumat verilib.

Bildirilib ki, bu proses Prezidentin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Agentliyin koordinasiyası ilə hazırlanan layihələrdən 7-si birbaşa Agentlik tərəfindən hazırlanıb.

Artıq qüvvəyə minmiş sənədlərdən biri “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlamentdir (TR 001/2026/AZ)”. Nazirlər Kabinetinin 6 may 2026-cı il 131 nömrəli Qərarı ilə təsdiqlənən reqlament 6 noyabr 2026-cı ildən qüvvəyə minib.

Reqlament məişətdə yemək hazırlama qurğuları, qazla işləyən su qızdırıcıları və ictimai iaşə müəssisələri üçün istilik avadanlıqlarına dair enerji səmərəliliyi və təhlükəsizlik tələblərini müəyyən edir.

Qeyd edək ki, yüngül sənaye məhsulları, mebel, uşaq oyun meydançaları üçün avadanlıqlar, maşın və avadanlıqlar, sürtkü yağları kimi məhsullar üzrə reqlament layihələri də təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Paylaş: