
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris arasında geniştərkibli görüş olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi apararaq qarşılıqlı hörmətə, siyasi dialoqa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.
Münasibətlərin inkişafında yüksəksəviyyəli təmasların əhəmiyyəti vurğulanıb. Bu xüsusda Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycan və Litva prezidentləri arasında baş tutan son görüşün əhəmiyyəti qeyd olunub. Nazirlər, həmçinin davamlı dialoqun təmin edilməsində müntəzəm siyasi məsləhətləşmələrin və parlament diplomatiyasının rolunu vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında təmasların artırılması və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və innovasiya sahələri əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli istiqamətlər kimi müəyyən edilib. Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında daha fəal iştirakı imkanları da diqqətə çatdırılıb.
Müzakirələr zamanı humanitar, təhsil və mədəniyyət əlaqələri, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin töhfəsi, turizmin təşviqi və xalqlar arasında təmasların genişləndirilməsi imkanları da ön plana çəkilib.
Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində namizədlərin irəli sürülməsi və qarşılıqlı dəstəklənməsi məsələlərində koordinasiyanın vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə reallıqları, Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və yaşayış məntəqələrinin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Minister of Foreign Affairs of the Republic of Azerbaijan @Bayramov_Jeyhun met with Kęstutis Budrys @BudrysKestutis, Minister of Foreign Affairs of the Republic of Lithuania during his visit to Baku.
Ministers held comprehensive discussions on the current state and future prospects of Azerbaijan-Lithuania relations, reaffirming shared interest in further strengthening bilateral cooperation based on mutual respect, political dialogue and common interests.
Ministers emphasised the importance of high-level contacts in advancing relations, including the recent meeting between the Presidents of Azerbaijan and Lithuania on the sidelines of the European Political Community Summit in Dublin. Ministers also underlined the role of regular political consultations and parliamentary diplomacy in maintaining sustained dialogue.
Particular attention was paid to expanding economic and trade ties, enhancing business-to-business contacts and exploring new investment opportunities. Agriculture, energy, industry, ICT, digital governance, cybersecurity and innovation were identified as promising areas for deeper cooperation. The potential for greater engagement by Lithuanian businesses in Azerbaijan’s industrial parks and Alat Free Economic Zone was also highlighted.
Humanitarian, educational and cultural ties, including the contribution of Azerbaijani students studying in Lithuania and opportunities to promote tourism and people-to-people contacts, also featured prominently in discussions.
In the context of Azerbaijan-EU relations, perspectives were shared regarding Lithuania’s upcoming presidency of the Council of the European Union in the first half of 2027.
Additionally, coordination and the mutual support of candidacies within international organizations and multilateral platforms were emphasised.
Minister Bayramov provided information on post-conflict realities and the ongoing normalisation process between Armenia and Azerbaijan, the reconstruction of infrastructure and settlements in the liberated territories.
#Azerbaijan #Lithuania 🇦🇿🇱🇹
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 25, 2026