Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Sabah”-“Barselona” oyunu

Çempionlar Liqası: Bu gün “Sabah” “Barselona”nı qəbul edir

Çempionlar Liqası: Bu gün “Sabah” “Barselona”nı qəbul edir

“Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Primeinfo.az xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin V turunda İspaniya və dünya futbolunun ən adlı-sanlı klublarından olan “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir

“Sabah”ın dünyanın ən güclü klublarından biri olan “Barselona”ya qarşı keçirəcəyi oyun həm Azərbaycan futbolu, həm də klub üçün çox mühüm qarşılaşmadır. Primeinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal UEFA Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” oyununu şərh edərkən deyib. 2010-2012-ci illərdə İspaniyada “Valensiya” klubunun formasını geyinən keçmiş yarımmüdafiəçi bildirib ki, hazırda yüksək formada olan və dünyanın ən populyar komandalarından biri sayılan “Barselona”ya qarşı mübarizə aparmaq “Sabah” üçün asan olmayacaq.