Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramovla Kestutis Budris görüşüb: Birgə Bəyannamə imzalandı - FOTO

25.11.2026 11:55

Ceyhun Bayramovla Kestutis Budris görüşüb: Birgə Bəyannamə imzalandı - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris arasında təkbətək görüş keçirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

Ceyhun Bayramovla Kestutis Budris görüşüb: Birgə Bəyannamə imzalandı - FOTO

Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris imzalayıblar.

İmzalanma mərasimi Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.

Ceyhun Bayramovla Kestutis Budris görüşüb: Birgə Bəyannamə imzalandı - FOTO

Paylaş: