Xəbər axtarın

Son axtarış nəticələri:

Özcan Deniz Bakıya gəldi - VİDEO

23.11.2026 22:36

Özcan Deniz Bakıya gəldi - VİDEO

Türkiyənin tanınmış sənətçisi Özcan Deniz Bakıya gəlib.

Primeinfo.az xəbər verir ki, o,
ssenari müəllifi, rejissoru və baş rol ifaçısı olduğu “Son yemek” filminin qala gecəsində iştirak edib.

“Park Cinema Flame Towers” kinoteatrında baş tutan gecədə sənətçi böyük coşğu ilə qarşılanıb.

Jurnalistlərin suallarını cavablandıran Özcan Deniz Bakı ilə bağlı təəssüratlarını da bölüşüb.

Bildirib ki, bura hər səfərində şəhərin necə dəyişdiyini, inkişaf etdiyini görür: “Bakıya gələndə özümü yad bir yerdə hiss etmirəm. Elə bilirəm ki, sanki Türkiyənin hansısa şəhərinə gəlmişəm. Yeməkləriniz də çox ləzzətlidir”.

Sənətçi gələn ilin fevral ayında Bakıda növbəti dəfə konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb.

Özcan Deniz Bakıya gəldi - VİDEO

Yaradıcılıq planlarından da söz açan Özcan Deniz artıq serial çəkilişlərindən uzaqlaşmaq istədiyini bildirib: “34 ildir seriallara çəkilirəm. Bundan sonra film çəkmək, musiqi ilə məşğul olmaq istəyirəm. Çünki serial çəkilişi zaman başqa heç nə etməyə imkan olmur. Səhər saat 7-dən axşam 12-yə qədər, həftənin yeddi günü işləyirik. Artıq yorulmuşam. Bundan sonra sevdiklərimə zaman ayırmaq, oğlumu böyütmək istəyirəm”.

Qeyd edək ki, “Son yemek” filmində Özcan Denizin tərəf-müqabili aktrisa Öykü Karayeldir.

Paylaş: