
Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz Bakıya gəlir. O, noyabrın 23-də “Park Cinema Flame Towers” kinoteatrında “Son yemek” filminin qala gecəsində iştirak edəcək.
Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində tamaşaçılar məşhur sənətçi ilə canlı görüşmək və onun iştirakı ilə filmi böyük ekranda izləmək imkanı əldə edəcəklər.
Qala gecəsi saat 19:00-da başlayacaq, filmin xüsusi nümayişi isə saat 20:20-də olacaq.
Tədbirə biletlər artıq satışdadır. Yerlərin sayı məhduddur.
Qeyd edək ki, Türkiyə istehsalı olan filmin ssenari müəllifi və rejissoru Özcan Denizdir. O, sözügedən ekran əsərində həmçinin baş rolu oynayır. Onun tərəf-müqabili tanınmış aktrisa Öykü Karayeldir.
Tarix: 23 noyabr 2026-cı il
Məkan: Park Cinema Flame Towers
Qala gecəsi: 19:00
Film nümayişi: 20:20
Biletlər: parkcinema.az https://new.parkcinema.az/az/movie/6aeb1e31beadce0d132470d1