
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Muğla Sıtkı Koçman Universitetinin Gözəl Sənətlər Fakültəsinin doktorantı, Azərbaycan muğam sənətinin tədqiqatçısı Ayxan İmanovla görüşüb.
Primeinfo.az xəbər verir ki, görüş zamanı ortaq mədəni irsimizin mühüm tərkib hissələrindən biri olan musiqi ənənələrinin, xüsusilə Azərbaycan muğam sənətinin araşdırılması, qorunması və təbliği məsələləri müzakirə edilib.
Görüşdə, həmçinin muğam sənəti ilə bağlı akademik və elmi fəaliyyətin genişləndirilməsi, bu sahədə aparılan tədqiqatların dəstəklənməsi, eləcə də Azərbaycan və Türkiyə arasında birgə mədəni layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.