
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.
Primeinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bina əsasən yaşayış massivi olan Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşir. Uçqun yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) baş verib.

Xilasedicilər hazırda dağıntılar altında insanların ola biləcəyi üçün axtarış-xilasetmə əməliyyatı aparırlar.
Hadisə nəticəsində azı iki nəfər ölüb, 17 nəfər isə yaralanıb. Xəsarət alanlardan yeddisi uşaqdır.
Məlumata görə, yaralıların 12-nin vəziyyəti stabil, dördünün durumu isə kritik olaraq qiymətləndirilir.

Dağıntılar altında başqa insanların olub-olmaması tam yoxlanılana qədər xilasedicilər hadisə yerində fəaliyyətlərini davam etdirəcəklər.