Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

08.10.2026 12:35

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Hazırda iki nəfərin axtarışları davam edir.

***

10:46

İstanbulda yeddimərtəbəli bina çöküb.

Primeinfo.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Maltəpə rayonunda baş verib.

Məlumata görə, tikilinin ilk üç mərtəbəsi uçsa da, yuxarı mərtəbələrdə qalan sakinlər axtarış-xilasetmə qruplarının köməkliyi ilə təxliyə ediliblər. Dağıntılar altında qalan 12 nəfərdən 6-sı xilas edilib.

Binanın zəmin mərtəbəsinin emalatxana kimi fəaliyyət göstərdiyi müəyyənləşib. Uçqun anında emalatxanada heç kimin olmadığı məlum olub.

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Digər tərəfdən, binanın tamamilə çökmə ehtimalına qarşı ətrafda müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İstanbul Valiliyi də Maltəpədə qeydə alınan çökmə ilə əlaqədar rəsmi məlumat yayıb.

“Səhər saatlarında Maltəpə rayonunda yeddimərtəbəli tikilinin üç mərtəbəsi uçub. Dərhal əraziyə AFAD əməkdaşları, yanğınsöndürənlər, eləcə də təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər”, – deyə açıqlamada bildirilib.

İstanbul valisi Davut Gül hadisə yerindən ictimaiyyətə açıqlama verib. O bildirib ki, 1987-ci ildə tikilmiş binada ümumilikdə 12 mənzil var:

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

“Əhali qeydiyyatı sisteminin məlumatlarına əsasən, binada 33 nəfər yaşayır. Çökmə nəticəsində binanın 4 mənzilinə ziyan dəyib. Zərər çəkmiş bu 4 mənzildə qeydiyyatda olan 14 nəfərdən 2-sinin öz doğma şəhərlərində olduğu müəyyənləşdirilib. Əməliyyatlar nəticəsində 6 nəfər dağıntılar altından çıxarılıb, 4 nəfərlə isə əlaqə yaradılıb. Qalan şəxslərin axtarış və xilasetmə işləri isə fasiləsiz olaraq davam etdirilir”.

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

İstanbulda bina çökdü: Ölənlər və yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Paylaş: