Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya səfiri Finlandiya XİN-ə ÇAĞIRILIB

24.11.2026 14:50

Rusiya səfiri Finlandiya XİN-ə ÇAĞIRILIB

Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb.

Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozması iddiası olub.

Rusiya mətbuatı Finlandiya müdafiə naziri Antti Hakkanenin helikopterin peyda olması ilə xilasetmə əməliyyatı və ya Fin körfəzində hücuma məruz qalan Rusiya yük gəmisi Sparta II-nin müşahidəsi arasında əlaqə olduğunu istisna etmədiyini yazıb.

Paylaş: