
Ermənistanın yeni Konstitusiya layihəsində qanunla nəzərdə tutulan hallarda məhkəmə qərarı ilə vətəndaşlıqdan məhrumetməyə yol verilməsi təklif olunur.
Primeinfo.az xəbər verir ki, bu müddəa bazar ertəsi dərc edilən Konstitusiya layihəsində yer alıb.
Layihəyə əsasən, bu tədbir konstitusiya quruluşunun əsaslarına və ya dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlərə görə tətbiq oluna bilər.
Qüvvədə olan Konstitusiyaya görə, Ermənistan vətəndaşı vətəndaşlığından və ya vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.