Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda minik avtomobili körpüdən aşdı - VİDEO

11.11.2026 11:50

Bakıda minik avtomobili körpüdən aşdı - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: