Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əmək haqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək.
Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək.
“Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər gələn il də davam etdiriləcək”.
Azərbaycan Misli Premyer Liqasında çıxış edən futbolçuların maaşı ictimaiyyətə açıqlanmır. Bu səbəbdən onların minimum və maksimum qazancı, eləcə də legionerlərlə yerli oyunçular arasında maaş fərqinin nə qədər olduğu maraq doğurur. Bəs futbolçuların maaşları hansı meyarlar əsasında müəyyənləşdirilir?
Hərbçilərin əməkhaqları artırılır, yeni qaydada hesablanacaq.
Hərbçilərin əməkhaqları artırılır, yeni qaydada hesablanacaq.
Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsi təklif olunur.
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.
“Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib. Eşqi Bağırov müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesindən danışıb.
“Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verməsi səhiyyə sistemində insan kapitalına önəmin növbəti mühüm göstəricisidir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli özünün sosial şəbəkə hesabında yazıb. Deputat bildirib ki, burada məsələyə yalnız əməkhaqqının artırılması kimi yanaşmaq düzgün olmazdı: “Söhbət bütövlükdə tibb işçisinin əməyinin qiymətləndirilməsindən, peşənin nüfuzunun yüksəldilməsindən və səhiyyədə aparılan islahatların sosial dayağının gücləndirilməsindən gedir.